“Baku Design Center” fərqli fikirləri ortaq hədəflərlə birləşdirən yaradıcılıq dünyasıdır. Dizayn mərkəzinə daxil olduqdan sonra siz buradakı yaradıcı mühit sayəsində kreativ idealarınızı real işlərə çevirə biləcəksiniz.
Arzuladığınız həyata təkan vermək üçün ən böyük dəstəkçiləriniz isə peşəkar müəllim heyətimiz və komandamız olacaq. Həm nəzəri, həm də praktiki bilikləri özündə birləşdirən keyfiyyətli tədris prosesimiz sayəsində siz zövq aldığınız işi karyeranıza çevirə biləcəksiniz. Öz sahələri üzrə ixtisaslaşmış müəllim heyətimiz sizə təqdim edəcəyi fərqli tədris modeli ilə yanaşı, tədris prosesində hər bir tələbəyə fərdi yanaşması ilə də fərqlilik yaradacaq. Biz “Baku Design Center” olaraq tələbələrimizi yalnız nəzəri biliklərə əsaslanan standart tədris metodları ilə öyrədərək kifayətlənmirik. Tələbələrimizin dizayn dünyasının əsasını təşkil edən yaradıcılıq istiqamətinin vacib elementləri ilə bağlı yeni biliklər əldə etməsi üçün çalışırıq.
Nəzəriyyə ilə praktikanın paralel olaraq tədris edildiyi dərslərimizdə əldə edəcəyiniz həmin biliklərlə siz yaradıcılıq bacarıqlarınızı inkişaf etdirəcəksiniz.